Apteklərdə aparılan yoxlamaların nəticəsi açıqlandı

17:14 05.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabr ayı ərzində aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi haqqında məlumat açıqlanıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən hafta.az-a bildirilib ki, Bakı şəhəri üzrə - 24, digər rayonlar üzrə 9 aptek olmaqla 33 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3 maddələri üzrə 4 protokol tərtib edilib.